Avropaya qaz nəqlinin artması imkanları daha çox Azərbaycanla bağlıdır – ABŞ səfiri

ABŞ Avropaya qaz tədarükünün artırılmasına yönəlmiş bütün imkanlara açıqdır və onların əksəriyyəti Azərbaycanla bağlıdır.

 

Bunu ABŞ-ın Bakıdakı səfiri Li Litzenberqer ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş brifinqdə deyib.

 

“Azərbaycan bu yaxınlarda türkmən qazı ilə bağlı danışıqlar aparıb. Türkmənistan qazı potensial olaraq İran ərazisi ilə Azərbaycana axacaq ki, bu da Cənub Qaz Dəhlizinin imkanlarını genişləndirə bilər… Beləliklə, biz Avropaya qaz tədarükünün artırılmasına yönəlmiş bütün imkanlara açığıq və bu imkanların əksəriyyəti Azərbaycanla bağlıdır”, – deyə səfir bildirib.

Yanvarın sonunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi nümayəndəsi İbrahim Əhmədov RİA Novosti-yə bildirib ki, Azərbaycan Avropaya qaz nəqlinin genişləndirilməsi imkanlarını öyrənir. Azərbaycan qazı Avropaya Cənub Qaz Dəhlizinin boru kəmərləri ilə nəql olunur.

 

Basta