Azərbaycanda inqilab hazırlanır? – İsa Qəmbər “Çətin sual” qarşısında
Hakimiyyətə yaxın medialarda bir neçə gündür Qərbin Azərbaycanda 5-ci kolon yaratdığı və inqilab planı hazırladığı barədə məqalələr dərc olunur. Həmin yazılarda bir sıra xarici QHT-lərin adı çəkilir və onların bu məqsədlə xeyli vəsait ayırdığı vurğulanır.
Bu tip yazılara hakimiyyətin 2014-2015-ci ildə vətəndaş cəmiyyətinin üzərinə hücumundan əvvəl də rast gəlinirdi. Həmin yazılardan sonra bir sıra QHT sədri və jurnalistlər həbs olundu, vətəndaş cəmiyyəti iflic vəziyyətinə salındı. İndi demək olarmı ki, bu tip yazılarla hansısa mesajlar verilir?
Bir tərəfdən Ramiz Mehdiyevin istefasını hakimiyyətə yaxın media orqanlarının bir çoxu “Rusiyanın 5-ci kolonu yola salınır” kimi qələmə verir. O biri tərəfdən isə hakimiyyətin ruporu hesab olunan bəzi media orqanlarında təhdid dolu məqalələr dərc olunur. Bunu necə anlayaq?
Gündəmdə olan bu və digər mövzulara Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində münasibət bildirir.
Turan