Putin avtoritar rejimlərin sonunu gətirəcək prosesi başlatdı

 

Rusiyanın Ukraynaya qarşı hibrid müharibəyə və Qərbi şantaj etmək üçün nüvə təlimlərinə başlaması ilə siyasi sistemlərin həlledici mübarizəsinə start verdi. Bəşəriyyət ikinci dəfədir ki, nüvə müharibəsi təhlükəsi ilə üzləşib.

 

Bəşəriyyəti üçüncü dünya müharibəsi astanasına gətirən prosesin baiskarı isə Rusiyadakı hibrid, yarı avtoritar, yarı faşist rejimidir. Bu rejim dünyaya özünün oyun qaydalarını qəbul etdirməyə çalışır. Rusiyadakı hibrid rejimin əsas dayağı isə öz ətrafında formalaşdırdığı, iqtidarda saxladığı avtoritar rejimlərdir. Qərb bunu anladıqdan sonra siyasi leksikona “Autocracy Inc” (Avtoritarların korporasiyası) ifadəsi daxil oldu. Rusiyadakı hibrid rejim “qırmızı xətt”i keçməklə Moskvaya bağlı avtoritar rejimlərin sonunu gətirəcək prosesi də başlatdı. Bundan sonra avtoritar rejimlərin qarşısında iki yol var.

 

Birinci yol Rusiyadakı hibrid rejimdən aralanmaq və islahatların yolunun açmaqla dinc keçidi təmin etməkdən ibarətdir. Bu yol avtoritar rejim başçısının özünün də gələcəyini zəmanət almaq imkanı yaradır.

 

İkinci yol isə Putinin hibrid rejimi ilə cəhənnəm yolçuluğunu bölüşməkdən ibarətdir. Çünki, bu gün Qərbdə Putinə münasibət ötən əsrin 40-cı illərində Hitlerə bəslənən münasibətdən daha pisdir. Ona görə də Putinin müttəfqilərinə münasibət də Hitlerin müttəfiqlərinə münasibətdən yaxşı olmayacaq.

 

Xəqani Cəfərli