Zelenskinin partiyası Müsavatın üzv olduğu ittifaqa qəbul edilib
Müsavat Partiyasının da üzv olduğu Avropa Liberallar və Demokratlar İttifaqının (ALDE) rəhbərliyi bugünkü iclasında prezident Zelenskinin qurucusu və lideri olduğu Ukraynanın hakim “Xalqın Qulluqçusu” (Sluha Narodu) partiyasının müraciətinə baxaraq, müvəqqəti üzvlük statusu verib.
Bu haqda Müsavat başqanının müavini Səxavət Soltanlı məlumat verib.
“Müsavat Partiyası Ukrayna prezidenti qəhrəman Zelenskinin qurucusu və lideri olduğu “Xalqın Qulluqçusu” partiyası ilə böyük ALDE ailəsində bir yerdə olmaqdan çox məmnundur! “Xalqın Qulluqçusu” partiyasının ALDE-yə tam üzvlük məsələsinə Dublində keçiriləcək növbəti konqresdə baxılacaq. Əminliklə deyə bilərik ki, müsbət qərar veriləcək! Слава Україні!” – deyə Səxavət Soltanlı vurğulayıb.
Basta