Rusiyanın işğalçı ordusu böyük itkilər verir
Ukrayna Hərbi Hava Qüvvələri ötən sutka ərzində düşmənin 5 qırıcısını, zirehli texnika kolonnasını vurub. Həmçinin yanacaq daşıyan bir kolonunu, hava hücumundan müdafiə sistemini, bir helikopterini məhv edib, qanadlı raketi vurub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı Facebook-da məlumat yayıb.
Qeyd olunur ki, Rusiya qoşunları böyük itkilər verib.
İşğalçıların Vasilkov və Brovarıya hava hücumu zamanı ukraynalı qırıcı pilotlar iki rus təyyarəsini vurublar. Bundan başqa S-300 zenit-raket bölmələri tərəfindən işğalçıların üç təyyarəsi vurulub.
İlkin məlumatlara görə, bunlar Su-30 və Su-35-dir.
Kiyev yaxınlığında Buk M-1 zenit-raket kompleksi düşmənin qanadlı raketini və helikopterini vurub.
Bundan əlavə, Ukraynaya məxsus Su-25 hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli kolonnalara və düşmən canlı qüvvəsinə zərbələr endirib.
“Berdyansk yaxınlığında tank kolonlarına, mexanikləşdirilmiş texnikanın kolonnalarına, yanacaq və sürtkü yağları olan karvana ən azı dörd dağıdıcı bomba zərbəsi endirib”, – məlumatda deyilir.
Həmçinin dünən Bayraktar TB2 pilotsuz aparatlar vasitəsilə düşmənin bir tankı və iki “Buk” zenit-raket kompleksi vurulub.
Basta