Rusiya səfirliyi qarşısında etiraz aksiyası
Bu gün bir qrup Azərbaycanlı hüquq müdafiəçisi Rusiyanın Bakıdakı səfirliyi qarşısında Ukraynaya hərbi müdaxiləyə etiraz aksiyası keçirib.
Bu zaman polis əməkdaşları “təhlükəsizlik tədbirləri” ilə əlaqədar səfirliyin binasına yaxınlaşmağa icazə verməyiblər.
Bu, etirazçıların qəzəbinə səbəb olub və onlar səfirliyin yaxınlığında bəyanatlarını oxuyublar.
Bəyanatda Rusiya işğalının dərhal dayandırılması, Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılması və qonşularla münasibətlərin danışıqlar masası arxasında həll edilməsi tələbi yer alır.
Bundan sonra etirazçılar “İşğala son!” şüarı səsləndiriblər və bəyanatı polis əməkdaşlarına təqdim ediblər, polislər sənədi səfirliyə verməyi vəd edib.
Aksiya “Müdafiə Xətti” tərəfindən təşkil edilib. Tədbirdə bu QHT-nin sədri Rüfət Səfərov, təşkilat üzvləri Zaur Əkbər, Zəfər Əhmədov, Əlaif Həsənov, ictimai fəal Bəxtiyar Hacıyev və başqaları iştirak ediblər.