Putin ritorikasını dəyişib
Rusiya prezidenti Vladimir Putin daxili narazılığı azaltmaq üçün ölkədə hərbi vəziyyət elan olunmayacağını, Ukraynadakı hərbi əməliyyata adi çağırışçıları səfərbər etməyəcəyini dedi. Döyüşə ancaq “könüllü” kontrakt bağlayanlar aparılacaqmış. Putin müddətli hərbi qulluqçuların əməliyyata cəlb olunmasına ehtiyac olmadığını dedi. Halbuki, Ukraynada əsir düşən bir sıra soldatlar hərbi komissarlığa çağırılaraq hara getdiklərini anlamadan Ukraynaya göndərildiklərini bildiriblər.
Putin həmçinin pensiya və müavinatları inflyasiya səviyyəsinə görə indeksasiya edəcəyi barədə vəd verib. O, bununla həmçinin hələ hakimiyyətdə qalacağına inandığını nümayiş etdirməyə çalışıb. Hərgah, Ukraynada rus ordusunun bu gün üzləşdiyi problemlər, və Rusiya iqtisadiyyatının sanksiyalardan sonra düşdüyü durum fonunda Putin rejiminin duruş gətirə biləcəyi böyük şübhə doğurur.
Həmişəki kimi yalanlar danışıb. Məsələn, deyib ki, guya Ukraynada müharibə əleyhinə danışanları özləri güllələyirlər.
Putin bu mövzuda ritorikasını dəyişib. Dünənə qədər Rusiyadakı müharibə əleyhdarlarını xain adlandırıb, onların 15 il müddətinə azadlıqdan məhrum olunmasını nəzərdə tutan qanunu qəbul etdirən Rusiya prezidenti, bu gün həmin şəxsləri “liberal intilliqensiya” adlandırıb. İstisna deyil ki, Bir tərəfdən Ukrayna xalqının müqaviməti, digər tərəfdən isə bu gün Moskva və Sankt-Peterburqda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərindən sonra Putin onu gözləyən təhlükəni anlayıb.
Daha bir maraqlı məqam isə Putinin Ukraynadakı hərbi əməliyyatların taktikası ilə bağlı dedikləridir. O deyib ki, əgər Rusiya ancaq Donbass səviyyəsində əməliyyata başlasa, yəni birbaşa Kiyev, Xarkov və digər iri şəhərlərə hücum etməsə, bu, uzun çəkəcəkdi və Qərb davamlı olaraq Ukraynaya dəstək verəcəkdi.
Beləliklə, bunu deməklə, Putin müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətində olduğunu, amma məqsədinə çatmadığını etiraf etmiş olub.
P.S.Putin deyib ki, sülh danışıqlarında Ukrayna tərəfi Mariupol va Valnavaxidən dinc əhalinin çıxması üçün humanitar dəhliz istəyib, lakin dəhliz açılsa da heç kim bundan istifadə etməyib. Putin iddia edib ki, Ukrayna dinc əhalinin oradan çıxmasına imkan verməyib. Amma izah etməyib ki, əgər Ukrayna hökuməti əhalinin çıxmasına imkan vermirsə, onda nə üçün dəhliz istəyirdi?
Ukrayna demokratik bir ölkədir, və orada kimsə öz şəhərini tərk etmək istəsə, bunun qarşısını almaq mümkün deyil. Putinin dedikləri isə onu göstərir ki, humanitar dəhliz açılsa da, cəsur ukraynalılar işğal ərəfəsində olmasına baxmayaraq, öz doğma şəhərlərini tərk etməyiblər. Bu gün Ukrayna SQ-nin Azov polkunun əks hücuma keçdiyi deyilir.
Slava Ukraini!
Slava qeroyam!