Rusiya hərbçilərinin Ukraynada öldürdüyü azərbaycanlıların cənazələri sabah ölkəyə gətiriləcək

Rusiyanın diversiya qrupu tərəfindən Odessa ərazisində qətlə yetirilən soydaşlarımızın cənazələri sabah Azərbaycana gətiriləcək.

 

Bu haqda Modern.az Kəlbəcərin Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədova istinadən məlumat verib.

 

Qeyd edək ki, Rusiyanın diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həyatını itirmiş, üç nəfər isə yaralanmışdı.

 

“Meyitlər indi morqdadır. Həlak olan şəxslərin yaxınları Azərbaycana gətirilib. Yaralılar hələ xəstəxanadadır, onların evə buraxılmasına icazə verilməyib. Cənazələrin ölkəyə gətirilməmə səbəbinin sənədlərlə bağlı olduğu bildirilir. Bu gün tabutlar alınıb, hər şey hazır vəziyyətə gətirilir ki, cənazələr sabah ölkəyə gətirilsin” – deyə, A.Məmmədov bildirib.

 

Qeyd edək ki, Odessada diversiya qrupununun hücumu nəticəsində İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğlu həlak olublar. Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur. Vəfat edənlərdən ikisi – Rəhim və Nemət İsmayılovlar qardaşdır. Qabil isə Rəhim İsmayılovun oğludur. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.