Azərbaycan təhlükəli oyuna girirmi?
Dadaş Əhmədli, politoloq
Həyəcanlı xəbər dolaşmaqdadır. Verilən məlumatlardan belə aydın olur ki, bəzi MDB ölkələri arasında gizli sövdələşmə həyata keçirilib və qərara alınıb ki, Rusiyanın sanksiyalardan vəziyyətinin yüngülləşməsi üçün ona yardım göstərilsin. Bizim üçün təhlükəli məqam odur ki, bu siyahıda ölkəmizin də adı keçir. Ən qəribəsi odur ki, biz bu əməliyyatda Ermənistanla eyni tərəfdəyik. Əsas təşkilatçılar Gürcüstan, Ermənistan və Azərbaycandır. Türkiyə və İranın da bu işdə iştirak etdiyi deyilir.
Məlumat ilk olaraq Ukraynadan gəldi. Orada yaşayan soydaşımız Əli Quliyev öz fb səhifəsində xəbərdarlıq etdi. Doğrusu, bunun şayiə olacağını düşünərək mən də kiminsə belə bir ağılsızlığa yol verə biləcəyini istisna etdim.
Amma az sonra ABŞ-da yaşayan təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı, Vladimir Putinin tələbə yoldaşı Yuriy Şvetsin öz YouTube kanalında bununla bağlı ətraflı məlumat verməsi məsələnin xeyli ciddi olduğu qənaətini yaratdı.
Y.Şvetsin də verdiyi məlumata görə, əsas ağırlıq Gürcüstanın üzərindədir. Rusiya istehsalı olan məhsulların Gürcüstana daşınaraq burada adı çəkilən ölkələrin etiketləri ilə etiketlənərək ixrac olunması planlaşdırılır. Bununla bağlı artıq Gürcüstanda qısa müddət ərzində 200-dən artıq Rusiya firmasının dövlət qeydiyyatına alındığı barədə də məlumat verdi. Belə bir təcrübənin 2014-cü ildən sonra Belarus üzərindən həyata keçirildiyi barədə də məlumat verdi. O zaman Belarus birdən-birə Avropanın əsas neft məhsulları ixracatçısına çevrilib və bununla da həm də külli miqdarda gəlir əldə edib.
Eyni zamanda, Yuriy Şvets xəbərdarlıq etdi ki, bütün proseslər barədə ABŞ-da təfərrüatlı məlumat var və hadisələr izlənilir. Bunun bu ölkələr üçün çox ağır nəticələr verə biləcəyini də söylədi. Bildirdi ki, əgər belə bir plan reallaşdırılarsa, Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkələrə də tətbiq edilə bilər. Odur ki, bu ölkələrin ictimaiyyətlərini belə bir ağılsızlığın qarşısının alınmasına çağırdı.
Basta