Ukraynanın müdafiə naziri Rusiya ordusuna sürpriz vəd edir
Ukraynanın silah təchizatında əhəmiyyətli irəliləyiş əldə edilib, düşməni sürpriz gözləyir. Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov özünün feysbuk səhifəsində yazıb.
“Düşmənin verdiyi böyük itkilər nəticəsində döyüş əməliyyatlarının intensivliyi müvəqqəti olaraq azalıb. Bununla belə, rus işğalçıları yeni hücum dalğası üçün qüvvə və vasitələri cəmləşdirməyə çalışırlar. İlk növbədə – Kiyev, Xarkov, Çerniqov və Nikolayevə. Müdafiəmizi gücləndirmək üçün hər dəqiqədən istifadə edirik. Bütün səylər müdafiəçi və müdafiəçilərimizin ehtiyaclarını ödəməyə yönəlib” -deyə müdafiə naziri bildirib.
“Silah və sursat tədarükü ilə bağlı şərh verməyəcəyəm – bu, incə məqamdır. Qoy düşmən üçün sürpriz olsun. Bilin ki, mühüm irəliləyiş var. Əsgərlərimiz müdafiənin bütün sahələrində yüksək məharət nümayiş etdirir, rus işğalçılarını darmadağın edir. Nikolaev vilayətində artilleriyamızın hərəkətləri, eləcə də ukraynalı müdafiəçilərin Xarkov və Luqanskın əks-hücumları dərsliklərə düşəcək” – deyə, Reznikov vurğulayıb.
Basta