Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü başa çatıb.

Rusiya mediasının məlumatına görə, tərəflər görüşün sonunda ortaq sənəd qəbul ediblər.

TASS xəbər verir ki, bununla bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov məlumat verib. 

Onun sözlərinə görə, 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur:

“Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq”.

.

Basta