Azərbaycan Ukraynaya humanitar yardım göndərib

Bu gün Azərbaycandan Ukraynaya ərzaq, dərman preparatları və tibbi ləvazimatlardan ibarət humanitar yardım partiyası göndərilib.

 

380 tonluq humanitar yardım Azərbaycanın Silkway aviasiya şirkətinin yük təyyarəsi ilə Polşaya çatdırılacaq, oradan isə quru nəqliyyatı ilə Ukraynaya aparılacaq.

 

Buna qədər Azərbaycandan Ukraynaya 5 milyon avro dəyərində dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərilib.

 

Bundan başqa, Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın yanacaqdoldurma məntəqələrində təcili yardım maşınları pulsuz yanacaqla təmin edilir.

 

Bununla yanaşı, Ukrayna üçün humanitar yardım yığılması üzrə bir neçə ictimai kampaniya həyata keçirilir.