XİN: “İsraildə Azərbaycan vətəndaşı həlak olub”
“İsraildə HƏMAS-ın hücumları nəticəsində 4 nəfər azərbaycanlı – İlkin Nəzərov, Şamil Abbasov, Emin Axundov və Roman Qandel həlak olub. Onların hamısı İsrail vətəndaşıdır, 3 nəfəri yəhudi əsillidir. Yalnız İlkin Nəzərovun iki vətəndaşlığı (Azərbaycan və İsrail) var”.
Byu barədə Turan Agentliyinin sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.