Boris Conson: “Putinin döyüş maşınının məhv edilməsi üçün əlimdən gələni edəcəyəm”

 

Ukraynanın Kiyev vilayətinin rus işğalından azad olunan İrpin və Buça şəhərində törədilən qətliam bütün dünyanı şoka salıb. Qərb dövlətlərinin liderləri və beynəlxalq təşkilatların rəhbərləri Rusiyanı sərt ifadələrlə ittiham və məhkum etməkdə davam edirlər.
Rusiyanın Ukraynada başlatdığı işğalçılıq müharibəsinin ilk günündən Qərb liderləri arasında qətliyyətli mövqeyi ilə seçilən Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Rusiyanın İrpin və Buçada mülki şəxslərə qarşı dəhşətli hücumları Putin və ordusunun Ukraynada hərbi cinayətlər törətdiyini bir daha sübut edir. Baş nazir Kremldən gələn heç bir təkzib və dezinformasiyanın hər kəsin bildiyi həqiqətin üstünü ört-basdır edə bilməyəcəyini qeyd edib.

 

Rusiyanın cəzalandırılması üçün çalışacağını qeyd edən Boris Conson belə deyib: “Putinin döyüş maşınının məhv edilməsi üçün əlimdən gələni edəcəyəm. Biz Rusiyaya qarşı sanksiyaları və Ukraynaya hərbi dəstəyimizi gücləndirəcəyik”.

 

Xəqani Cəfərli