Jitomir vilayəti ruslardan azad edildi
İşğalçılar texnika və sursatlarının bir hissəsini bölgədə qoyublar
Bu barədə Jitomir vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.
“Jitomir vilayətində düşmən geri çəkildi. Aprelin 4-nə olan məlumata görə, bölgədə rus işğalçı qoşunları yoxdur. Yerli əhalinin bilməlidir ki, işğalçılar şəxsi evləri və meşələri minalayıblar”, – deyə o bildirib.
Buneçko həmçinin qeyd edib ki, işğalçıların ölkədən çıxması yerdəyişmədir və rus qoşunları Ukraynanın dinc şəhər və kəndlərinə raket zərbələri endirməkdə davam edir.
Bundan əvvəl Sumı vilayətinin ərazisində ruslar tərəfindən ələ keçirilən yaşayış məntəqələri azad olunub, lakin düşmənin ayrı-ayrı qrupları hələ də bölgədə qalır, onlar təmizlənir.