Müsavat fəalı saxlanıldı – Video

Müsavat Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Əziz Məmiyev bu gün Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirib. O,  buna görə bir neçə saat polisdə saxlandıqdan sonra sərbəst buraxılıb.

 

 

***

 

Müsavat Partiyasının fəalı Əziz Məmiyev bu gün Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərdiyi zaman zorakılıqla saxlanılıb. Bu haqda “Basta”ya Müsavatın Məclis üzvü Ərzulla  Bulud məlumat verib.

 

Bundan əvvəl Əziz Məmiyev ciddi təzyiqlərlə üzləşdiyi barədə məlumat yayıb.

 

“Dostlar, çox ciddi mənəvi terrorla üzləşmişəm. Facebookdan saxta profillərlə yazıb təhdid edirlər. Bir müddət əvvəl Amerika nömrələri vasitəsilə, gizli nömrələr ilə zəng edib ən əxlaqsız küçə söyüşləri ilə özümü, ailə üzvlərimi söyüb təhqir edirdilər. Daxili İşlər Nazirliyinə müraciətlər etdim, tədbir görülmədi” – deyə, Əziz Məmiyev özünün feysbuk səhifəsində yazıb.
“Yataq görüntülərini yayarıq… ağıllı ol” – deyib təhdid elədilər. Gedin yayın, çəkinmirəm – deyib sınmadım. Baş idarəyə çağırıb barmaq silkələdilər, çəkinmədim. Bayram günündə bank hesabını qarət etdilər. Səbr elədim. İndi də, “səndə dəyərli olan birşey var, az qalıb, səndən alacağıq onu” deyib təhdid edirlər. Bu hakimiyyət artıq bütün qırmızı xəttləri keçdi” – deyə, müsavatçı əlavə edib.

 

 

DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Əziz Məmiyevin saxlandığını təsdiqləyib.

 

Müsavat Partiyasının mətbuat xidməti Əziz Məmiyevə qarşı qanunsuz  təzyiqlərə  görə hüquq mühafizə orqanlarının məsuliyyət daşıdığını bildirib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

 

Basta