Erməni kilsəsi Paşinyanı “təslimçilikdən” çəkinməyə çağırdı

Mayın 23-də  bütün ermənilərin katolikosu II Qaregin Eçmiədzində Ali Ruhani Şuranın iclası keçirib. Ermənistan KİV-inin məlumtına görə, toplantıda dini taxtın yepiskopları da iştirak etdilər.

Bildirilir ki, tədbirdə Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı baş nazir Nikol Paşinyanın verdiyi son bəyanatlar müzakirə edilib. Qeyd edək ki, Paşinyan Azərbaycanın 86,6 kvadrat kilometr sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Ali Ruhani Şuranın yaydığı bəyanatda qeyd edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də mətbuat konfransı zamanı verdiyi bəyanatlar danışıqlar prosesində hakimiyyətin tutduğu “təhlükəli və qəbuledilməz” mövqelərini ortaya qoyur: “Ali Ruhani Şura sülh bəhanəsi ilə “əsaslandırılmış” birtərəfli güzəştləri pisləyir… Artsax Respublikasını (Qarabağı – red.) Azərbaycanın tərkib hissəsi kimi tanımaqla Ermənistan hakimiyyəti istər-istəməz Artsaxdakı bacı-qardaşlarımızı yeni soyqırım və depatriasiya tühlükəsi ilə üz-üzə qoyur”.

“Artsaxın müstəqilliyi, bizim övladlarımızın qanı bahasına qurulmuş Ermənistan əraziləri alver predmeti deyil… Biz hakimiyyəti təslimçi düşüncədən və onun nəticəsində yaranan dağıdıcı addımlardan çəkinməyə, milli çağırışların öhdəsindən gəlmək üçün ağlabatan və layiqli həll yolları tapmağa çağırırıq” – deyə, bəyanatda vurğulanır.

Basta