Rusiya “Moskva”nın batdığını etiraf etdi
Rusiya Qara dənizdə bahalı kreyserini itirdiyini nəhayət etiraf edib.
Ukrayna tərəfindən vurulan “Moskva” raket kreyseri Qara dənizdə batıb.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bir gün əvvəl yaydığı məlumatda “Moskva” kreyserinin sadəcə yanğına görə zədə aldığı, lakin onun “üzə bildiyi” qeyd olunurdu.
Son məlumatda isə bildirilir ki, “Moskva” kreyseri təyinat limanına yedəklə çəkildiyi zaman dənizdəki fırtınaya görə batıb.
Kreyserdəki ekipaj daha əvvəl təxliyə edilmişdi.
Rəsmi Kiyev gəminin Ukrayna Silahlı Qüvvələri tərəfindən raketlə vurulduğunu bildirir.
Basta