Zelenski Rusiyanın yeni planını açıqladı: “Yer üzündən silmək istəyirlər”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə hücumunun 53-cü günüdə növbəti müraciətlə çıxış edib. O, Rusiya ordusunun  Xerson və Zaporojyedə törətdiyi cinayətlərə dünyanın reaksiya verməli olduğunu açıqlayıb.

 

Rus ordusunun işgəncə kameraları qurduğunu önə sürən Zelenski, yerli icra nümayəndələrinin, müəllimlərin və başqa şəxslərin rusiya hərbçiləri tərəfindən qaçırılaraq  şantaj edildiyini bildirib: “Sözün tam mənasında, Mariupolu yox etməyə davam etdikləri kimi, Donbassı da yox etmək istəyirlər”.

 

Zelenski, davamlı bombardman altındaki Xarkov şəhərində son 4 gündə 18 nəfərin öldüyünü və 106 nəfərin yaralandığını bildirib.

 

Rus ordusunun hücumlarını “dövlət teroru” olaraq qiymətləndirən Zelenski, Qərbdən istədikləri silahların gecikməsindən şikayətlənib.

 

Basta