Belarusda seçki sonrası: Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya Litvaya gedib

Litvanın xarici işlər naziri Linas Linkevicius Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın Litvada “təhlükəsizlikdə” olduğunu bildirib.

Linas Linkevicius LRT radiostansiyasının efirində deyib ki, Svetlana Tixanovskayanı Belarusda yeddi saat saxlayıblar.

O bunun səbəblərinin hələ ki, məlum olmadığını, təfərrüfatları gözlədiklərini deyib.Paylaşımını ötürün Twitter, 1

Paylaşımın sonu Twitter, 1

Bundan əvvəl Svetlana Tixanovskayanın Mərkəzi Seçki Komissiyasının binasına daxil olduğu və ondan saatlarla xəbər alınmadığı deyilirdi. Onun vəkili inandırırdı ki, o, özü MSK-nı tərk edərək nəqliyyat vasitəsinə əyləşərək gedib.

Svetlana Tixanovskaya baş verə biləcək təxribatlara görə etiraz nümayişlərində iştirak etməyəcəyini bildirmişdi.

Müxalifət namizədi MSK-ya səslərin yenidən sayılması barədə şikayət ərizəsi verib.

Daha sonra Svetlana Tixanovskayanın vəziyyətinin yaxşı olduğu bildirilib.

Bazar ertəsi günü Belarus prezidentliyinə namizəd özünü qalib hesab etdiyini və ölkəni tərk etmək niyətində olmadığını açıqlamışdı.

Belarusda prezident seçkisindən sonra etirazçılara qarşı çoxsaylı zorakılıq barədə xəbər verilir

Joe Biden nə deyib?

ABŞ prezidentliyinə namizəd Joe Biden Belarusda prezident seçkilərindən sonra baş verənlərə münasibət bildirib.

Joe Biden Belarus xalqının “səsinin eşidilməsini” tələb etdiyini deyib.

“Demokratiya vətəndaşların liderlərini seçmək və ölkələrinin gələcəyində söz sahibi olmaq haqqındakı sadə bir anlayış üzərində qurulur. Prezident Aleksandr Lukaşenkonun avtoritar rejimi dövründə son 26 ildə sistematik repressiyalardan sonra Belarus xalqı səsinin eşidilməsini tələb edir”, – Joe Biden bəyənatında qeyd edib.

Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq paytaxt Minskdə və digər şəhərlərdə nümayişlər keçirilir.

Nümayişlərdə çoxsaylı zorakılıq hallarının baş verdiyi xəbər verilir.

Minskdə prezident seçkisindən sonra etirazlar

Joe Biden Belarusda Prezident seçkilərinin “seçki saxtakarlığı ilə pozulduğunu”, polisin səslərin dəqiq sayımını tələb edən dinc etirazçılara qarşı işıqlı səs qumbarası, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyini bildirib.

“Lukaşenko rejimi internetə girişi kəsib, etirazçıları və müstəqil jurnalistləri həbs edib, xarici müşahidəçilərə mane olmağa çalışıb. Bunlar ədalətli şəkildə aparılmış seçkidə qalib gəldiyinə əmin siyasi liderin hərəkətləri deyil. Ancaq cəsarətli vətəndaşların – jurnalistlərin, fəalların və bu fövqəladə hadisələri sənədləşdirən sadə insanların sayəsində – rejim tərəfindən demokratiyaya edilən hücumlarla bağlı həqiqəti bilirik”, – Joe Biden qeyd edib.

Belarusda prezident seçkisindən sonra etirazçılara qarşı çoxsaylı zorakılıq barədə xəbər verilir

Joe Biden “səslərin şəffaf və dəqiq sayımını tələb edənlərin” yanında olduğunu bildirərək bütün siyasi məhbusların azad edilməsinə çağırıb.

O, həmçinin Prezident Lukaşenkonu dinc etiraz hüququna hörmət etməyə və zorakılıqdan çəkinməyə səsləyib.

Bazar ertəsi Belarusun paytaxtı Minskdə etirazlar 7 saat davam edib.

Xəbər agentlikləri xüsusi texnikaların şəhərdən çıxarıldığını yazır.

minsk

Jurnalistlər bildirirlər ki, etirazçılarla milis arasında qarşıdurma halları baş verib. Minskin Kalvariyskaya küçəsində bugünkü gün ərzində işıq-səs effektli ilk qumbara partladılıb. Qadın jurnalist ayağından yaralanıb.

Paytaxtın mərkəzindəki “Minsk – Qəhrəman şəhər” stellasının ətrafına saxlanılanların daşınması üçün nəzərdə tutulmuş polis avtobusları gətirilib, bir çox küçələr polis tərəfindən bağlanıb.

Ria Novosti agentliyinin məlumatına görə, artıq üç nəfər həbs edilib. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

ОМОН со щитами в Минске (10 августа 2020 года)

Reuters agentliyi də müxbirinin bir neçə nəfərin saxlanmasını gördüyünü yazır.

ÖIkədə iki sutkadır ki, internet bağlantısında problemlər var. Sakinlər ev telefonları ilə bir-birilə əlaqə saxlayaraq məlumat almağa çalışırlar. Bəzi yerlərdə çat-mesajlaşma tətbiqləri işləsə də, bəzi yerlərdə saytlar açılmır.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Aleksandr Lukaşenko səslərin 80 faizindən çoxunu qazanıb. Onun əsas rəqibi sayılan Svetlana Tixanovskaya rəsmi rəqəmlərə etibar etmədiyini söyləyir.

Seçkinin nəticələrinə görə, 10 faiz səs toplamış Tixanovskaya jurnalistlərə bildirib ki, bütün gecəni onlar protokolların fotosunu alıblar və rəqəmlər Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrdən fərqlənir.

Avropa İttifaqı Belarusdakı prezident seçkilərini tənqid edib və Aleksandr Lukaşenkonu səsləri yenidən saymağa çağırıb.

Belarus DTK-sı Tixanovskayaya qarşı sui-qəsdin qarşısını aldığını bəyan edir

Belarus DTK-nın sədri Valeri Vakulçik Belarus televiziyasının efirində bildirib ki, xüsusi xidmət orqanı prezidentliyə namizəd Svetlana Tixanovskayaya qarşı sui-qəsdin qarşısını ala bilib.

“[Müxalifətin] birləşmiş qərargah adlanan qurumundan məlumat alınmışdı ki, onlar Tixanovskayanın həyatına sui-qəsddən və təxribatdan ehtiyatlanırlar,” – ONT telekanalının efirində Vakulçik bildirib.

DTK mesajı göndərən şəxsin artıq müəyyən edildiyini və saxlanılacağını əminliklə bildirir.

Belarusda hər dəfə prezident seçildiyi zaman DTK-nın qəhrəmanlıqları haqqında hekayələr ortaya çıxır.

Bundan sonra DTK “birləşmiş qərargahın mühafizəsinin təşkili üçün 120 təlim keçmiş əməkdaş” ayırıb.

Aleksandr Lukaşenko öz növbəsində, küçələrə çıxan müxalifətçiləri “qoyun” adlandırıb və ölkənin parçalanmasına imkan verməyəcəyini söyləyib.

Gecə 3 minə yaxın şəxsin saxlandığı deyilir. Etirazçılar arasında xəsarət alanlar var. Lukaşenko deyib ki, təhlükəsizlik əməkdaşları arasında da yaralananlar olub.

Belarus, prezident seçkisi

Lukaşenko hesab edir ki, etirazlar xaricdən idarə edilir:

“Polşadan, Böyük Britaniyadan, Çexiyadan zənglər olub, bizimkiləri idarə edirlər, məni bağışlayın, qoyunları. Onlar nə etdiklərini başa düşmürlər və artıq idarə olunurlar,” – Lukaşenko bəyan edib.

Lukaşenkonu təbrik edənlər arasında Azərbaycan prezidenti də var

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu seçkilərdə “inamlı qələbə qazanması münasibətilə təbrik edib”.

Prezidentin saytı yazır ki, dövlət başçıları ölkələr arasında “strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər”.

Belarusda prezident seçkisinin nəticələrinə etiraz edənlərdən bir nəfər ölüb, Belarusun Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Təhlükəsizlik işçilərinin bildirdiyinə görə, “meydanı boşaltmağa gələn xüsusi təyinatlılar ilə qarşıdurma zamanı etirazçılardan biri naməlum partlayıcı qurğunu hüquq-mühafizə orqanlarının tərəfinə atmağa çalışıb. Partlayıcı qurğu onun əlində partlayıb və kişi həyatını itirməyə səbəb olan xəsarətlər alıb”.

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı səs qumbarasından, su təzyiqindən və rezin güllələrdən istifadə etdiyi bildirilir.

Aleksandr Lukaşenkonu başqa ölkə rəsmiləri də təbrik ediblər.

Bunlar Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev, Çin prezidenti Si Tsinpin və Rusiya prezidenti Vladimir Putindir.

Belarusun bir çox bölgəsində etirazçılar bazar ertəsi səhər yenidən küçələrə çıxacaqlarını vəd ediblər. Təhlükəsizlik işçiləri də hazırlaşırlar, BBC Rusca Xidməti xəbər verir.

Pinsk şəhərində (əhalisi təqribən 140 min nəfərdir) seçki günü gecə hətta şəhərin meri etirazçılarla danışıqlar aparmaq üçün çıxıb, şahidlər hərbi helikopterin gəldiyini bildirib.

Hüquq müdafiəçiləri həbs olunanların sayını açıqlayıblar.

Belarusda seçki günü ən azı 120 nəfər saxlanıb. Bu barədə media “Viasna” hüquq müdafiə mərkəzinə istinadən xəbər verir.

Verilən məlumatlara görə, Minskdə 61, bölgələrdə 79 nəfər saxlanıb.

Media həmçinin yazır ki, hüquq müdafiəçilərinin xəsarət alanların sayı barədə sayı barədə məlumatları yoxdur.

bu gün Minsk Belarus Avropa Lukashenko Lukaşenko Aleksandr Lukaşenko Alexander Lukashenko polis milis

Seçki günü axşamı Minskdə etirazlarla müşaiyət olunub

Bazar günü Belarusda prezident seçkiləri keçirilib, seçki 26 ildir ölkəni idarə edən Prezident Aleksandr Lukaşenkonun siyasəti ilə razılaşmayan insanların kütləvi etirazları ilə müşayiət olunub.

Seçkilərdə Lukaşenkonun əsas rəqibi – həbsdə olan bloqer Sergey Tikhanovskinin həyat yoldaşı Svetlana Tikhanovskaya olub. Sergey Tikhanovski həbs olunana qədər prezident seçkilərində namizəd olmağa hazırlaşırmış.

Rəsmi exit-pollun nəticələrinə görə, Lukashenko 79,7 faiz səslə Tixanovskayayaya (6,8 faiz) səslə qalib gəlib. Seçkidə fəallıq 84,05 faiz təşkil edib.

Əsas müxalifət namizədi, həbsdə olan ərinin əvəzinə seçkiyə girib və böyük müxalifət mitinqlərinə rəhbərlik edən 37 yaşlı Svetlana Tikhanovskaya özünün 7 faiz səs toplamasını göstərən rəqəmlərə etibar etmədiyini deyib.

“Gözlərimə inanıram və görürəm ki, əksəriyyət bizimlədir,” – o, bazar günü axşam keçirdiyi mətbuat konfransında deyib.

Müxalifət “Golos” internet platformasında alternativ səs sayımını təşkil edib, bu isə tamamilə əks nəticə göstərib – saytdakı nəticələrə Tikhanovskaya üçün verilmiş səslərin 80 faizdən çox olduğunu göstərib.

Əvvəllər alternativ saymaların qeyri-qanuni olması barədə müxalifətə xəbərdarlıq edən Belarus Mərkəzi Seçki Komissiyası bazar ertəsi gecə nəticələr haqqında ilk rəsmi məlumat verəcəyini vəd edib, daha sonra ilkin nəticələrin elanı səhərə qədər təxirə salınıb.

Səsvermə başa çatdıqdan dərhal sonra indiki hökumətin əleyhdarları Minsk və digər şəhərlərin küçələrinə çıxıblar. Belarusun paytaxtındakı etirazlar qarşıdurmalara çevrilib və həbslərə gətirib çıxarıb.

Minskdə polisin şəhər mərkəzindəki izdihamı dağıtmaq üçün səs qumbaralarından istifadə etdiyi bildirilir.

Xəsarət alanların olduğu və hadisə yerinə tələsən bir neçə təcili yardım maşınının müşahidə olunduğu deyilib.

1994-cü ildən indiyədək hakimiyyətdə olan cənab Lukashenko ölkədəki vəziyyətin “nəzarət altında qalacağına” söz verib.

Minsk

Etirazçılar seçki günü gecəsi “Get!“qışqırıblar

BBC Rusca Xidməti xəbər verib ki, seçki günü gecəsiMinskdə ayrı-ayrı yerlərdə nəticələrə etiraz edənlər toplaşıb “Get” qışqırıblar. Gecənin qaranlığında etirazçılar əl fanarı yandırıblar. Şəhərin küçələrinə təhlükəsizlik qüvvələri yeridilib. azar günü keçirilən sorğuda ölkənin son illərdəki ən böyük müxalifət nümayişləri zamanı aktivistlərə və jurnalistlərə qarşı təzyiqlər olub.

Minskdə bazar gününün sonlarında şəhərin mərkəzindəki Minsk-Qəhrəman Şəhər abidəsi yaxınlığında toqquşmaların olduğu bildirilib.

Şahidlər və müxbirlər çevik polisin nümayişçiləri dağıtmaq üçün rezin güllələrdən və su toplarından istifadə etdiyini deyiblər.

Paytaxtda çevik polis ilə mübarizə edən etirazçıların görüntüləri yayılıb və mediada yayılan xəbərlərdə bir sıra şəxslərin həbs olunduğu bildirilir.

Bənzər etirazlar Brest və Zhodino şəhərlərində də təşkil edilib.

Daha əvvəl İnternet Monitorinq Qrupu NetBlocks gün ərzində Belarus boyunca internet verilişində vəziyyətin pisləşməsini, bunun isə öz növbəsində “məlumat boşluğu” yaratdığını bildirib.

Belta dövlət xəbər agentliyi xəbər verib ki, Minsk küçələrində qarşıdurma əsasən bir neçə saatdan sonra başa çatıb və hakimiyyət orqanları “vəziyyəti nəzarətdə saxladığını” bildirib.

bu gün Minsk Belarus Avropa Lukashenko Lukaşenko Aleksandr Lukaşenko Alexander Lukashenko polis milis

Müxtəlif media qurumlarından olan bir neçə jurnalist xəbər verib ki, Minsk mərkəzində təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün əl bombalarından istifadə ediblər, BBC Rusca Xidməti yazır.

BBC