Müsavat fəalı cərimələndi – Yenilənib

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əziz Məmiyev “karantin rejimini pozduğuna” görə cərimələndikdən sonra sərbəst buraxılıb. Bu haqda “Basta”ya Müsavat başqanının müşaviri Azər İsmayıl məlumat verib.

***

Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Əziz Məmiyev Sabirabad rayonunda (Bakıdan 178 kilometr cənub-qərb) polis tərəfindən saxlanıldığını bildirib.

“Sabirabad rayon polis əməkdaşları tərəfindən saxlanıldım. Hal-hazırda bölməyə aparılıram,” Məmiyevin özü Bakı vaxtı ilə saat 10 radələrində facebook səhifəsində yazıb.

Müsavat Partiyası Məmiyevin polis tərəfindən saxlanıldığını təsdiq edib.

Partiyanın mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hsazırda fəalın hansı səbəbdən saxlanılması barədə məlumat əldə etməyə çalışırlar.

Öz növbəsində, Sabirabad rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, polis şöbəsinə Əziz Məmiyev adlı şəxs gətirilməyib.