Yemək çatdırma xidmətləri kuryerlərinin etiraz aksiyası
Çərşənbə axşamı “Bolt” və “Wolt” yemək çatdırma xidmətlərinin kuryerləri iş şəraitinin pis olmasına etiraz edərək Bakı küçələrində motoyürüş keçiriblər.
Bununla yanaşı, bu gün “Bolt” xidmətinin kuryerləri tətilə başlayıblar.
“Tətilin müddəti əməkhaqqının artırılmasından asılı olacaq”, – aksiya iştirakçılarından biri deyib.
Ötən həftə “Wolt” şirkətinin kuryerləri də analoji tələblərlə etiraz aksiyası keçiriblər.
Həmin şirkətlərin ofislərindən şərh almaq mümkün olmayıb.