Ərdoğanın potensial rəqibi həbs olundu
Türkiyədə məhkəmə İstanbulun bələdiyyə başqanı və növbəti seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğana potensial rəqib olan Əkrəm İmamoğlunun barəsində həbs qərarı çıxarıb.
İmamoğlu çərşənbə günü, martın 19-da korrupsiya ittihamı ilə həbs edilib. Bu, müxalifətin onu 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi irəli sürməsinə bir neçə gün qalmış baş verib.
İmamoğlu ona qarşı irəli sürülən ittihamları rədd edir. Onun həbsinə qarşı etirazlar dörd gündür davam edir.
İmamoğlu sosial şəbəkədə “Mən heç vaxt təslim olmayacağam” yazıb.
Ərdoğan etirazçıları qınayıb və müxalif Cümhuriyyət Xalq Partiyasını (CHP) “asayişi pozmaq və cəmiyyətdə nifaq salmaq” cəhdində ittiham edib.
Türkiyədə İstanbul merinin saxlanmasına etirazlar artır, onlarla insan həbs olunur.
Ərdoğanın nümayişlərə qadağa qoymasına baxmayaraq, yüz minlərlə insan İmamoğlunun zülmünə etiraz olaraq küçələrə çıxıb. Onlar “Haqq, hüquq, ədalət!” şüarı səsləndirirlər.