Ermənistanda itaətsizlik aksiyaları: Yollar bağlandı, 100-dən çox etirazçı saxlanıldı

Mayın 2-də Ermənistan paytaxtı Yerevanda müxalifətin təşəbbüsü ilə itaətsizlik aksiyaları başlayıb, fəallar mərkəzi küçələri, eləcə də mərkəzə gedən magistralları və körpüləri bağlayıblar.

 

“Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyanın sözlərinə görə, 14 küçə bağlanıb.

 

Polis bağlanan küçələri açmağa çalışır, 100-dən çox fəal saxlanılıb.

 

Mayın 1-də Yerevanın mərkəzində keçirilən etiraz mitinqində müxalifət genişmiqyaslı dinc itaətsizlik aksiyalarına başladığını elan edib. Paytaxtın mərkəzindəki Fransa meydanında çadırlar quran müxalifət küçədə gecələyib, mayın 2-də səhər saatlarında isə İrəvan küçələrində nəqliyyatın hərəkətini əngəlləmək üçün aksiyalar başlayıb.

 

Basta