İctimai fəal Rəbiyyə Məmmədova: “Anamı döydürüblər”
İctimai fəal Rəbiyyə Məmmədova anası Bəsti Məmmədovanın döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib.
“Hər kəs bilir ki, mənim anam süpürgəçidir, bundan da utanmıram, ali təhsili qadın yaşına görə iş tapa bilmir, pensiya yaşı da çatmayıb deyə süpürgəçi işləyir. Görüşdən evimə getdiyim yerdə anam zəng edib deyir ki, işdə olduğu vaxt ona, sənin qızın pozğundur, əxlaqsızdır, fahişədir deyib, başqa bir süpürgəçi qadın tərəfindən döydürüblər.
Bu artıq bütün qırmızı xətləri keçməkdir” – deyə, Rəbiyyə Məmmədova özünün feysbuk hesabında yazıb.
İctimai fəal anası ilə birlikdə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci polis bölməsinə izahata gedib. Polis bölməsində Bəsti Məmmədova üçün növbəti günə ekspertiza təyin edilib.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev nazirliyin məsələdən məlumatlı olduğunu və polis tərəfindən araşdırma aparıldığını bildirib.
Rəbiyyə Məmmədova anasının bundan əvvəl də təhdid olunduğunu bildirib və bunu özünün ictimai fəaliyyəti ilə əlaqələndirib.
Basta