Kəlbəcər və Laçınla sərhəddə atışma
İyunun 21-nə keçən gecə erməni bölmələri Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri yaxınlığındakı mövqelərini atıcı silahlardan atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cavab tədbirləri görülüb.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi atışma barədə məlumatları təkzib edir.