Ruslar Zmeinıy adasından qaçdılar – deyirlər ki, “xoş niyyət jestidir”

 

Rusiya hakimiyyəti bəyan edib ki, guya “xoş niyyət addımı kimi” onlar “Zmeinoy adasındakı tapşırıqları yerinə yetiriblər” və orada yerləşən qarnizonu geri çəkiblər.

Bu haqda TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

İddia olunur ki, belə bir addımla “onlar rəsmi Kiyevin taxıl ixracının mümkünsüzlüyü ilə bağlı spekulyasiya etmək imkanından məhrum ediblər.

“Ukrainskaya pravda” xatırladır ki, Ruslar məğlubiyyətdən sonra Kiyev və Çerniqov vilayətlərindən qaçarkən də eyni “xoş niyyət” ifadəsindən istifadə ediblər.

Xatırladaq ki, “Cənub” operativ komandanlığı Ukrayna hərbçilərinin hücumlarından sonra Rusiya ordusunun Zmeinıy adasından qarnizonun qalıqlarını tələsik çıxardığını bəyan edib.

Hərbi ekspert Oleq Jdanov hələ üç gün əvvəl bildirmişdi ki, Ukrayna ordusu Zmeinıy adasına havadan tam nəzarət edir və oradakı istənilən hədəfi məhv edə bilir.

Basta