Baydendən Türkiyəyə F-16 mesajı: “Sözümüz sözdür”

ABŞ prezidenti Co Bayden İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitinin sonunda mətbuat konfransı keçirib.

Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyəyə F-16 təyyarələrinin satışı ilə bağlı söz verib-vermədiyi sualına Bayden belə cavab verib:

“Ona (prezident Ərdoğana) dediklərim dekabrda söylədiyim kimidir. Biz (Türkiyəyə) F-16 təyyarələri satmalı və eyni zamanda təyyarələri modernləşdirməliyik. Bunu etməmək bizim xeyrimizə deyil. Dedim ki, dekabrdan bəri mövqeyimi dəyişməmişəm. Bunu edə bilməyim üçün Konqresin təsdiqi lazımdır. Düşünürəm ki, biz razılığa gələcəyik”.

Basta