Müsavat başqanı: “Quru sərhədlərin bağlı saxlanması azğınlığın nümayişidir”

“İyulun 1-dən də quru sərhədlərin açılmaması xalqın irədəsini heçə saymağın, xalqa qarşı əndazəni aşan zülmün, azğınlığın nümayişidir”.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Quru sərhədlərin bağlı olması milyonlarla əhalinin həyatını qaraldır, dolanışığına mənfi təsir göstərir, çörəyini kəsir. Yalnız mafiya qruplarının daha da varlanmasına xidmət edən bu qərar miqyasına və nəticələrinə görə, hətta sosial təminat alan yoxsulların pulunu mənimsəməklə müqayisədə daha böyük cinayətdir” – deyə, Müsavat başqanı vurğulayıb.

Basta