“Gürcüstan onsuz da Aİ-nin üzvü olacaq” – Müsavat başqanının açıqlaması Gürcüstan mətbuatında

Gürcüstanın iyunun sonunda Ukrayna və Moldova ilə birlikdə Avropa Birliyinə namizədlik statusunu ala bilməməsi çoxlarını, o cümlədən qonşu Azərbaycanda etirazla qarşılanıb.

Gürcüstanın “Accent” dərgisi Müsavat Partiyasının başqanı Arif Hacılının tarixi fürsətə bu qədər yaxın olan Gürcüstanda baş verən proseslərə münasibətini öyrənib.

“Gürcüstanın Ukrayna və Moldovadan ayrılması mənim üçün sürpriz oldu. Biz  Gürcüstanın kifayət qədər demokratik ölkə olduğunu düşünürük, ikincisi, Avropa dövlətlərinin ölkənizə çox isti münasibət bəslədiyini düşünürük. Təbii ki, tarixi şans əldən verilir. Və buna görə çox üzgünəm. Biz də çox istərdik ki, Avropa İttifaqının sərhədləri Azərbaycana qədər gəlib çatsın”.

Azərbaycanlı siyasətçi öz gələcəyini Avropa İttifaqında görən gürcü xalqının iradəsini vurğulayıb və xalqın öz məqsədlərinə çatacağına əmin olduğunu bildirib:

“Düşünürəm ki, Gürcüstan Aİ-yə üzv olacaq”. Tiflisdə keçirilən son mitinqlər bir daha sübut etdi ki, oratada xalqın iradəsi var. Və düşünürəm ki, gürcü xalqı öz məqsədlərinə çatacaq”.

Gürcüstan hökumətinin Ukrayandakı müharibə ilə bağlı mövqeyinə dair suala  siyasətçi belə cavab verib:

“Hakimiyyətdə qalmaq istəyən bütün rejimlər, xalqın istəyinə məhəl qoymayaraq, Kremldə dəstək axtarır. Təəssüf ki, Gürcüstanın hazırkı hökuməti də qorxur ki, ölkənin Avropa ailəsinə qoşulması, hakimiyyətin itirilməsi ilə nəticələnə bilər”.

Basta