Ərdoğan Putin və Zelenski ilə danışıqların anonsunu verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə “taxıl məsələsi” ilə bağlı danışıqların bir həftə ərzində planlaşdırıldığını bildirib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Bir həftə və ya on gün ərzində problemi həll etmək üçün həm Putin, həm də Zelenski ilə danışıqları planlaşdırırıq. Cənab Quterreş də bu prosesə qoşulmaq niyyətindədir. Nəticə əldə edəcəyimizə ümid edirik”, – deyə Ərdoğan İtaliyanın baş naziri Mario Draqi ilə keçirdiyi mətbuat konfransında bildirib.