Müsavat qazilərin sosial müdafiəsinin gücləndirilməsini tələb edir
İyulun 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası müzakirə olunub.
Partiyanın Şuşa təşkilatının hesabat-seçki yığıncağı barədə məlumat verilib.
Tanınmış jurnalist, Sozcu.az saytının baş redaktoru Elşən Əlisoyun müraciətinə baxılıb və o, partiya sıralarına qəbul olunub.
Partiya başqanı Arif Hacılı Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Şərq Tərəfdaşlığı şöbəsinin müdir müavini Mike Hegarty ilə görüşü və aparılan müzakirələr barədə məlumat verib.
Azərbaycan-Ermənistan sərhədində durum, sülh danışıqları, Ukraynada Rusiya işğalçılarına qarşı müharibə və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qazilərin intihar etməsi hallarının çoxalmasından narahatlıq ifadə edilib, bu məsələ ciddi bir ümummilli problem kimi qiymətləndirilib. Bununla bağlı bəyanat qəbul olunub. Müsavat Partiyası hakimiyyətdən qazilərin və şəhid ailələrinin sosial müdafiəsini təmin etmək üçün xüsusi dövlət proqramının qəbul olunmasını və zəruri tədbirlərin görülməsini tələb edir.
Sonda cari məsələlər müzakirə olunub.
Basta