Rusiyanın dekolonizasiyası: Azərbaycan Dərbəndin işğalı ilə barışmamalıdır
Xəqani Cəfərli
Praqada “Rusiyanın Azad Xalqlarının Forumu”nun ikinci toplantısını bu gün başa çatır. İyulun 22-də başlayan forum sayca ikincidir. Formun ilk toplantısı isə may ayında Polşanın paytaxtı Varşavada keçirilmişdi.
Forum yeni siyasi liderləri, regional və milli hərəkatların iştirakçılarını, vətəndaş fəallarını, ekspert icmasını və Rusiya Federasiyasının qəti şəkildə dekolonizasiyasının zəruriliyini dərk edən hər kəsi bir araya gətirmək və Rusiyanın dinc şəkildə bölünməsini təmin etməyə xidmət edir.
Praqa formunun mətbuat üçün açıqlamasında deyilir ki, Rusiya bütövlüyünü qorunub saxladığı müttətdə iqtidara hansı “liberal”ın gəlməsindən asılı olmayaraq imperiya olaraq qalacaq və yenə təcəvüzkar dövlət olacaq.
Formun növbəti toplantısı Litvada, Klaypeda şəhərində keçirilməsi gözlənilir.
Rusiyanın gələcəyi və xüsusisən də parçalanması prosesi Azərbaycan üçün həyati əhəmiyyətli məsələdir. Rusiyanın parçalanması ilə bağlı şəxsi fikirimi və Dərbəndlə bağlı mövqeyimi “Rusiyanın Azad Xalqlarının Forumu”nun Varşavada keçirilən ilk toplantısına təqdim etmişdim. Həmin sənədin əsasında yazdığım “Parçalanmış Rusiya: risklər və perspektivlər” məqaləsində Dərbəndin işğalı ilə barışmayacağımızı aydın ifadə etmişəm.
Azərbaycan dövləti və cəmiyyəti Rusiyanın dekolonizasiyası prosesini diqqətdə izləməli, Dərbəndin gələcəyi ilə bağlı aydın və qətiyyətli mövqe nümayiş etdirməlidir.
Basta