Almaniyadan deportasiya olunmuş fəal 6 il müddətinə azadlıqdan məhrum edildi

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının üzvü, Almaniyadan deportasiya olunmuş Pünhan Kərimlinin işi üzrə proses başa çatıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Hökm oxunmadan öncə Kərimli irəli sürülən ittihamları rədd edərək, siyasi motivlərlə təqib oluduğunu bildirib.

Vəkil Cavad Cavadov da Kərimlinin irəli sürülən ittiham üzrə günahına sübutların olmadığını bildirib.

Lakin məhkəmə Kərimlini təqsirli bilib və onu 6 il müddətinə azadlıqdan məhrum edib. Bundan öncə prokuror fəalın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi apellyasiya vermək niyyətindədir.

Fəalın atası Vahid Kərimov  cinayət ittihamının saxtalaşdırıldığını bildirib.

“Oğlumu Vergi Departamentindən çıxarkən həbs ediblər. Oraya cibində narkotik maddə ilə gedə bilərdi? Bu, saxta ittihamdır. Onun üzərinə narkotik maddəi qoyublar. Oğlum Azərbaycanda siyasi məhbusları müdafiə aksiyalarında iştirak etdiyinə və hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Siyasi fəaliyyətinə görə ona 10 il həbs verilsəydi, təəssüflənməzdim, amma narkotik maddə ittihamını qəbul etmirəm”, – atam deyib.

*Kərimli bu ilin yanvarında Almaniyadan readmissiyadan bir ay yarım sonra həbs edilib. Orada ona siyasi sığınacaq verməkdən imtina ediblər. Pünhan Kərimli bildirib ki, onu siyasi motivlərlə, Almaniyada Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı keçirilən etiraz aksiyalarında iştiraka görə təqib edirlər.

 

 

Turan