Əlikram Xurşidov: “Mənim həbsim adam oğurluğudur, üstəlik polis telefonumu da oğurlayıb”

Bu gün Bakı Appelyasiya məhkəməsində Müsavat başqanının müşaviri Əlikram Xurşidovun 30 sutka həbs edilməsi barədə Səbail rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb. 

Əlikram Xurşidov məhkəmə prosesində özünün içərişəhərdə həbs olunduğunu, amma güya Badamdar qəsəbəsində kiminləsə telefonla danışanda söyüş söyməkdə ittiham olunaraq həbsə məruz qaldığını bildirib. O, əslində özünün həbs yox, oğurlandığını deyib: “Mənim həbsim adam oğurluğudur, üstəlik polis telefonumu da oğurlayıb”

Vəkil Nemət Kərimli ittiham tərəfinin ziddiyətli ifadələrinə diqqəti cəlb edib, hakimdən ədalətli qərar istəyib.

Məhkəmə qısa müşavirədən sonra apelyasiya şikayətini rədd edib.


 

Əlikram Xurşudov iyulun 26-da Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbsə məhkum edilib. O, iyulun 20-də “Quru sərhədləri açın!” tələbilə keçirilən aksiyanın iştirakçısı olub. Həmin aksiya zamanı saxlanılsa da o, sonradan sərbəst buraxılıb.

Müsavat Partiyası son günlər fəallarının həbsini bu partiyaya qarşı repressiya tədbirləri kimi qiymətləndirir.

Возможно, это изображение 10 человек, люди стоят, дерево и на открытом воздухе

Basta