Zelenski Ərdoğanla görüşdən sonra: Rusiya qoşunları Ukraynanı tərk edərsə, sülh danışıqları mümkündür
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, rəsmi Moskva ilə danışıqlar yalnız Rusiya qoşunları Ukraynanın qanunsuz işğal olunmuş ərazisini tərk etdikdən sonra mümkündür.
Zelenski bunu avqustun 18-də Lvovda BMT baş katibi və Türkiyə prezidenti ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “müharibənin danışıqlar masası arxasında bitəcəyinə inandığını” bildirib.
Ərdoğan İstanbul razılaşmasının müsbət nəticələrini təkcə Ukraynanın deyil, bütün dünyanın hiss etdiyini vurğulayıb.
Xatırladaq ki Ukrayna prezidenti Vladimir Zelenski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş Lvovda görüşərək 40 dəqiqə danışıblar.
Basta