24 sabiq Respublikaçıdan Baydenə dəstək
Bazar ertəsi Respublikaçıların Milli Qurultayı başladığı bir vaxt Arizonanın sabiq senatoru Cef Fleyk 20-dən çox Konqresin sabiq Respublikaçı üzvləri ilə birlikdə prezidentliyə Demokrat namizəd Co Baydenə dəstəyini ifadə edib.
Baydenin kampaniyası keçmiş Respublikaçı qanunvericilərin “Bayden üçün Respublikaçılar” proqramına qatıldığını açıqlayıb. Bazar ertəsi açıqlanan proqramın bir hissəsi Baydenə səs verməyi düşünən Respublikaçılarla qarşılıqlı ünsiyyətin qurulmasıdır.
Bayden kampaniyasının siyahısında olanların bir neçəsi sabiq vitse-prezidentə dəstək verdiklərini açıqlamışdılar. Onlar arasında sabiq Pensilvaniya nümayəndəsi Çarli Dent və Nyu Hampşir və Virciniya ştatlarından sabiq senatorlar Qordon Hömpri və Con Vorner də var.
Ən çox diqqət çəkən şəxslərdən biri, Senatda olduğu müddətdə prezident Donald Tramp ilə mövqeləri toqquşan və prezidentə qarşı müxalif olduğu üçün qəzet başlıqlarına çıxan Cef Fleykdir.
Ötən ilin sentyabr ayında Fleyk “The Washington Post” qəzetinə verdiyi açıqlamada Trampın “bizim əlimizdən aldığı ən yüksək vəzifəyə bu qədər açıq-aşkar hörmətsizlik göstərdiyini” yazaraq Respublikaçıların ikinci müddət prezidentlik təklifini dəstəkləməməsinə təkan vermişdi.
Fleyk bazar ertəsi Baydeni dəstəkləyən açıqlamalar verərək, seçicilərin “xaosu dayandıracaq və ziyanları aradan qaldıracaq birini” seçmələri lazım olduğunu deyib.
Baydeni təsdiqləyən Respublikaçıların elanı, Respublikaçı tərəfdarlarını nümayiş etdirərək mötədil və mühafizəkar seçiciləri özünə cəlb etmək Bayden kampaniyasının strategiyasında ən son hissə idi.
Keçən həftə Demokratların Milli Qurultayında çıxış edən respublikaçılar arasında Ohayonun sabiq qubernatoru Con Kasiç və Nyu Cersi ştatının keçmiş qubernatoru Kristin Tod Vitman, keçmiş dövlət Kktibi Kolin Pauer və Nyu York-un sabiq təmsilçisi Susan Molinari də var idi.
“Fox News”a verdiyi açıqlamada Tramp təşviqat kampaniyası bazar ertəsi Baydeni dəstəkləyən respublikaçılar açıqlamasını inkar edib.
“Co Bayden yarım əsrdir Vaşinqton bataqlığında uğursuzluğa uğrayıb, buna görə də bataqlıq məxluqları özlərindən birini qorumaq üçün toplaşdıqda heç kim təəccüblənməməlidir” deyə, Tramp kampaniyasının kommunikasiya direktoru Tim Martauf bildirib.
“Prezident Tramp 95 faizdən çox – həqiqi respublikaçı seçiciləri arasında görünməmiş bir dəstəyə sahibdir. O həmçinin, qaradərili amerikalılar, latın amerikalıları və həmkarlar ittifaqı üzvləri kimi Baydenin əsas Demokratik dairələrində güclü dəstək alır. Prezident Trampın bütün amerikalılar üçün uğur rəqəmləri onu noyabr ayında qələbəyə aparacaq.”
Amerikanın səsi