Əlikram Xurşidov azadlıqda

Şərlənərək həbs edilmiş Müsavat başqanının müşaviri Əlikram Xurşidov azadlığa çıxıb.

Bu haqda partiya başqanı özünün feysbuk səhifəsində məlumat yayıb.

“Oğurluqla həbs etdikləri kimi azadlığa da oğurluqla buraxdılar. Mülki avtomobildə təcridxanadan çıxardılar ki, qarşılama mərasimi alınmasın.
Əlikram bəylə və digər dostlarımızla Müsavat qərargahında görüşdük.
Ruhu rəvan, əhvalı yüksəkdir.
Mübarizə davam edir” – deyə, Arif Hacılı əlavə edib.

Basta