“Qarabağ”ın Avroliqadakı rəqibləri bəlli oldu

“Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olub.

Modern.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.

Püşkatma nəticəsində Azərbaycan təmsilçisi G qrupuna düşüb. “Qarabağ”ın qrup oyunlarında “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə üz-üzə gələcək.