Müsavat Divanının gündəliyi

Sentyabrın 5-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Qarabağda son durum, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə fikir mübadiləsi aparılıb.

Qarabağda Rusiya icmasının yaradılması və burada Rusiyaya aid abidələrin yerləşdirilməsi Azərbaycanın suverenliyinə potensial təhlükə kimi qiymətləndirilib.

Azərbaycanda qazilərin intihar etməsi hallarının getdikcə artmasından narahatlıq ifadə edilib. Qazilərin sosial problemlərinin həlli üçün dövlət proqramının qəbul olunması tələb edilib.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya işğalçı qüvvələrinə qarşı mübarizədə son uğurları qeyd edilib, regionda və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta