“Ədalət, azadlıq, milli hökumət”- Təbriz etirazlarında milli şüarlar səsləndirilib-VİDEO

 Sentyabrın 20-i axşam saatlarında güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq Təbrizin bir neçə mərkəzi küçəsində etiraz aksiyaları baş tutub.

Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan aksiyada Azərbaycan dilində milli şüarlar səslənib.

Etirazçılar “Ədalət, Azadlıq, Milli hökumət”, “biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “durub baxan biqeyrət” şüarlarını səsləndiriblər.

Aksiyadan yayılan görüntülərdə təbrizlilər xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarının hərəkətinin qarşısını almaq üçün təkərləri yandırdıqları görünür.

Aksiyaya qatılan xanımlar Məhsa Əmininin hicaba görə öldürülməsinə etiraz əlaməti olaraq yaylıqlarını atıblar.

 

Günaz TV