Rusiyanın səfərbərlik hədəsinə Zelenski belə cavab verdi

Rusiyanın media orqanlarında rəsmi Moskvanın sentyabrın 23-27-i tarixlərində Ukraynanın 4 vilayətində (Donetsk, Luqansk, Xerson və Zaporojye) referendum keçirmək, həmçinin Rusiyada hərbi səfərbərlik elan etmək barədə qərar qəbul etdiyi barədə xəbərlər yayılıb. Kremlin əsas təbliğatçıları sayılan Vladimir Solovyov və Marqarita Simonyan bu qərarların prezident Vladimir Putin tərəfindən sentyabrın 20-də açıqlanacağı anons edilsə də, sonuncu efirə çıxmayıb. Sonradan  Putinin müraciətinin sentyabrın 21-nə təxirə salındığı bildirilib.

Bir sıra siyasi ekspertlər bu anonsu Putinin növbəti hədəsi kimi qiymətləndirib.

Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdə “referendum” elan edilməsi və Rusiya Federasiyasında mümkün səfərbərlik gözləntiləri fonunda mövqeyini dəyişməyəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

“Təbii ki, bu gün Rusiyadan kifayət qədər səs-küylü xəbərlər gəlir. Bu barədə çoxlu suallar verilir. Bəs əslində nə baş verir? Bu hədələr yenidirmi? Bizim mövqelərimiz aydındır və hamıya məlumdur. Bizi maraqlandıran yeganə şey, haradasa səslənən fikirlər yox, bizim vəzifəmizdir.

Qeyd edək ki, bundan əvvəl Vladimir Zelenski Ukraynanın qarşısında duran əsas vəzifənin Krım da daxil olmaqla ölkənin bütün ərazisinin işğaldan azad edilməsi olduğunu bildirib.

Basta