Putin Rusiyada qismən səfərbərlik elan etdi

Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik elan ediləcəyini açıqlayıb. O, sentyabrın 21-də səhər saatlarında xalqa müraciəti zamanı bunu açıqlayib.

“Vətənimizi və bütövlüyümüzü qorumaq üçün mən qismən səfərbərliyə qərar verməyi zəruri hesab edirəm”, – deyə, Putin bəyan edib.

Qərara əsasən, Yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Bölmələrə göndərilməzdən əvvəl hərbi xidmətə çağırılanlar mütləq əlavə hərbi hazırlıq keçəcəklər.

 

Basta