Ermənistanın keçmiş Baş Qərargah rəisindən etiraf: “Rusiya bizə pulsuz silah verirdi”

“Silahlar etibar edilən dövlətlərə satılır”.

Bunu Ermənistan mətbuatına açıqlamasında bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan baş naziri Nikol Paşinyanın  Rusiyaya qarşı bugünkü bəyanatına münasibət bildirərkən deyib.

Ermənistan hökumətinin son iclasında Paşinyan bəyan edib ki, müttəfiqimiz (Rusiya) bizə silah satmır, o, eyni zamanda bunun Azərbaycanın təzyiqi ilə baş verdiyinə eyham vurub.

– Siz bu haqda nə düşünürsünüz, niyə müttəfiqimiz bizə silah satmır?

Akopyan bu suala belə cavab verib: “Bilmirəm, Paşinyandan soruşun. Əvvəllər Rusiya bizə böyük məmnuniyyətlə silah satırdı, nəinki satırdı, hətta pulsuz da  verirdi. O dövlətlərə silah satılır ki, ona etibar edilir”.

Xatırladaq ki, Ermənistan Nazirlər Kabinetinin sentyabrın 29-da keçirilən iclasında baş nazir Nikol Paşinyan silah almaq problemi ilə üzləşdiyini etiraf edib: “Ermənistan hökuməti Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlayıb. Azərbaycan Ermənistanın bu islahatlarının qarşısını almağa çalışır.  Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar və təəssüf ki, müttəfiqlərimizlə münasibətlərdə müəyyən uğurlar əldə edirlər. Elə hallar var ki, 100 milyonlarla dollar ödəmişik, lakin müttəfiq dövlətlər öhdəliklərini yerinə yetirməyib, silahları çatdırmayıblar”.

Basta