Əli Həsənov Türkiyədə xəstəxanaya yerləşdirildi
Azərbaycan prezidentinin ideologiya üzrə keçmiş köməkçisi Əli Həsənov Türkiyədə xəstəxanaya yerləşdirilib. Bu barədə bu gün bir neçə İnternet-nəşr məlumat yayıb. Ə. Həsənov bildirib ki, onun ürəyində üçüncü əməliyyat aparılmalı və ürək klapanı dəyişdirilməlidir. Həkimlər üç gün sonra analiz başa çatdıqdan sonra qərar verəcəklər.
Xatırladaq ki, bundan öncə o, ürəyində iki əməliyyat keçirib, lakin son həftələrdə vəziyyəti yenidən pisləşib.
Əli Həsənov özünün mənfi imici ilə, Azərbaycanda söz və ifadə azadlığının boğulması üçün bir çox təşəbbüslərin müəllifi kimi tanınır. Onun bu sahəyə rəhbərlik etdiyi dövrdə bir çox müstəqil KİV-lər məhv edilib, jurnalistlər həbs olunub və Azərbaycanın beynəlxalq imicinə ciddi xələl dəyib.
Turan