Müsavat bunu məqbul, bunu isə zəruri hesab edir – Divanın gündəliyi

Oktyabrın 10-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda görülən işlər barədə məlumat dinlənilib.

Ötən həftə Müsavat başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və MSDM-in sədri İsa Qəmbər Gürcüstanda Fridrix Nauman fondunun təşkilatçılığı ilə beynəlxalq konfransda iştirak ediblər. Tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndər iştirak edib. Arif Hacılı tədbirdə aparılan müzakirələr və irəli sürülən təkliflər barədə məlumat verib.

Oktyabrın 18-də saat 12:00-da Müstəqilliyin Bərpası Günü ilə bağlı Fəxri Xiyabanda mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarının ziyarət olunması qərara alınıb.

Daha sonra regionda və dünyada gedən proseslər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı müzakirə olunub. Bir daha qeyd edilib ki, Müsavat Partiyası danışıqların ya birbaşa, ya da Aİ-nin vasitəçiliyə həyata keçirilməsini məqbul sayır, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanmasını zəruri hesab edir. 

İranda rejimə qarşı davam edən etiraz aksiyalarının zorakılıqla dağıdılması pislənilib.  Rusiynın Ukraynanın şəhərlərini bombardman etməsi hərbi cinayətlərin davamı kimi qiymətləndirilib. 

Sonda cari məsələlər müzakirə olunub. 

Basta