Krım körpüsünün partladılmasında erməni izi rəsmən təsdiqləndi
Partlayıcı maddə Rusiyaya Ermənistandan göndərilib
Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur, partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə çatdırılıb. Bu barədə TASS-a Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidməti İstintaq Komitəsi ilə birlikdə müəyyən edib ki, Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub”, – deyə qurumdan bildirilib.
Məlumatda qeyd edilir ki, ümumi çəkisi 22 770 kq olan partlayıcı maddə 22 altlıq üzərində tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib və avqustun əvvəlində Odessa dəniz limanından Bolqarıstan Ruse şəhərinə göndərilib. Daşınma üzrə müqavilə 02/08/2022 tarixində Baltex Capital S.A. (Ruse) ilə MMC “Translogistic UA” (Kiyev) arasında imzalanıb.
Təhlükəli yük Bolqarıstandan Gürcüstanın Poti limanına, oradan isə Ermənistana göndərilib.
Sentyabrın 29-dan oktyabrın 3-dək həmin partlayıcı maddə İrəvandakı Transalyans terminalında saxlanılıb. Burada yükün Rusiyaya göndərilməsi üçün saxta sənədlər tərtib edilib. Yeni müqavilədə satıcı olaraq “GU AR GROUP” MMC (Ermənistan Respublikası, Alaverdi), alıcı olaraq isə Lider MMC (Moskva) göstərilib.
Daha sonra yük oktyabrın 4-də Gürcüstanda qeydiyyatda olan “DAF” markalı yük avtomobili ilə “Yuxarı Lars” keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədindən keçib, oktyabrın 6-da isə Krasnodar vilayətindəki Armavir şəhərində erməni əsilli Georgi Azatyana məxsus olan topdansatış deposuna gətirilib və boşaldılıb.
Daha əvvəl xəbər verdiyimiz kimi, bu cinayətdə şübhəli bilinən şəxslər Armavirdə fəaliyyət göstərən şirkətin sahibləri Samvel Azatyan, onun oğulları Georgi və Artyom, həmçinin işçi Yuri Postnikov saxlanılıb.
Ertəsi gün nahar vaxtı Mahir Yusubov adlı sürücü həmin şirkətin anbarına göndərilib. Mahir Yusubovun sadəcə ödəniş müqabilində yükdaşımalarla məşğuldur və onun partlayıcı maddədən xəbəri olmayıb. Georgi Azatyanın iştirakı ilə şirkətin traktorçusu Yuri Postnikov mexaniki yükləyicidən istifadə edərək rulonları maşına yükləyib. Beləliklə, Krım körpüsünü partladan şəxslərin niyə sürücü olaraq məhz azərbaycanlını seçməsinin səbəbi aydın olub.
Partlayıçı maddə buradan Simferopola yola salınıb və oktyabrın 8-də Moskva vaxtı ilə saat 06:03-də Krım körpüsü ilə hərəkət edərkən partlayış baş verib. .
FTX hücumun hazırlanmasında iştirak edən 8 nəfəri saxlayıb: “Hazırda cinayət işi çərçivəsində cinayətin hazırlanmasında iştirak etmiş beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb”.
Ümumilikdə, hazırda terror aktının hazırlanmasında ən azı 12 şərik müəyyən edilib. Məlumatına görə, şübhəlilər arasında Ukrayna vətəndaşları Kovaç Denis Oleqoviç, Tsyurkalo Mixail Vladimiroviç, Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşı İnosaridze Sandro və Ermənistan vətəndaşı Artur Terçayan da var.
Basta