Lökbatanda magistral yolu su basdı
Paytaxtın Qaradağ rayonunda Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Bakı-Qazax avtomobil yolunun bir hissəsini su basmasına səbəb olub.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, qəzanın aradan qaldırılması və suyun çəkilməsi üçün əraziyə 12 ədəd su nasosu və avadanlıq göndərilib.
Qeyd edək ki, bu ərazidə Lökbatan gölü yerləşir və oraya əlavə həcmdə suyun daxil olması avtomobil yolunu su basmasına səbəb olub.
Hazırda yolun bu hissəsində nəqliyyatın hərəkəti çətinləşib. 02B
Turan