Aİ-nin missiyası Azərbaycan-Ermənistan sərhədində işə başladı
Aİ-nin Ermənistana göndərdiyi monitorinq missiyası oktyabrın 20-də Azərbaycanla sərhəddə işə başlayıb. Bu barədə Aİ Xarici İşlər Xidməti məlumat yayıb.
Aİ-nin 40 nəfər mülki eksperti sərhədin Ermənistana aid zonasında ümumilikdə iki ay fəaliyyət göstərəcək.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Respublikasının prezidenti Emauel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel görüş keçiriblər.
Həmin görüşdə Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Rəsmi Bakı da öz növbəsində bu missiya ilə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi – güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir.
Basta