Rusiyada daha bir təyyarə yaşayış binasının üstünə düşdü – Video

İrkutskda hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Rusiya mətbuatının məlumatına görə, SU-30 bombardmançı təyyarə Prjevalski küçəsində qəzaya uğrayıb.

İlkin məlumatda azı iki nəfərin öldüyü bildirilir.

 

Xatırladaq ki, ötən həftə  Ukrayna sərhədi yaxınlığında olan Belqorod şəhərində qırıcı təyyarə 9 mərtəbəli binanın üstünə düşmüş, nəticədə 15 nəfər həlak olmuş, 20-dən çox insan yaralanmışdı.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Su-30 sınaq uçuşu zamanı qəzaya uğrayıb. Hər iki pilot həlak olub. Fövqəladə Hallar Nazirliyi yıxılan zaman yaşayış binasında insanların olmadığını bildirib.

Basta